Yuxarı

Ərdoğan “Zaman”ı aldı - “Zaman-Azərbaycan”dan cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zaman-Azərbaycan" qəzetinin təsisçiləri azərbaycanlılardır.

Bu sözləri Axar.az-a "Zaman-Azərbaycan" qəzetinin baş redaktoru Anar Qaraxançallı deyib. Baş redaktorun sözlərinə görə, "Zaman-Azərbaycan" qəzetinin Türkiyənin eyni adlı qəzeti ilə heç bir bağlılığı yoxdur:

"Bu xəbəri sizdən eşitdim, xəbərim yox idi. Digər tərəfdən Türkiyənin "Zaman" qəzeti ilə bizim aramızda nə hüquqi, nə fiziki heç bir əlaqə, bağlılıq yoxdur. Bilirsiniz ki, Azərbaycanda fəaliyyət göstərmək üçün media tamamilə milli olmalıdır. Bizim qəzet də Azərbaycan qəzetidir. Şirkətimizin təsisçiləri azərbaycanlılardır. Sadəcə, Türkiyənin "Zaman" qəzeti ilə əməkdaşlığımız var. Məsələn, ölkədə hansısa media orqanı RİA, "Röyter" və başqa xarici media orqanı ilə əməkdaşlıq edir, bizim də Türkiyə qəzeti ilə yalnız bu cür əməkdaşlığımız var".

Xatırladaq ki, Türkiyənin İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cümhuriyyət Baş Prokurorluğunun tələbi əsasında "Zaman" qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul edib. Bu gün məhkəmənin təyin etdiyi qəyyumlar qəzetin idarəetməsini təhvil almaq üçün polislərin müşayiəti ilə "Zaman"ın redaksiyasına gediblər.

"Zaman" qəzeti Türkiyədə Fətullah Gülən icmasına məxsus olan ən məşhur mətbuat orqanıdır. Bundan əvvəl Gülən camaatına məxsus "Bugün" və digər qəzetlər də aparılan istintaq çərçivəsində dövlət tərəfindən Gülən icmasının əlindən alınıb. Hələlik STV (Samanyolu) telekanalı nurçuların əlində qalmaqda davam edir.

Tarix
2016.03.04 / 23:24
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla