Yuxarı

Papa: “Ərəblər Avropanı işğal edir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrika və Yaxın Şərqdən Avropa Birliyinə miqrant axınını ərəb işğalı adlandırmaq olar.

Axar.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk söyləyib. Onun sözlərinə görə, Avropa bu misli görünməmiş miqrant böhranının öhdəsindən gəlməli və ondan xilas yolu tapmalıdırlar:

"Avropa milli eqoizmin alovlanmasına imkan verməməlidir. Avropa Birliyi ölkələri təcili olaraq birlik üçün yeni impuls tapmalıdırlar".

Qeyd edək ki, son iki il ərzində Avropaya axın edən müsəlman miqrantların saytı fantastik həcmdə artıb. Miqrant axını Avropa Birliyi ölkələri arasında çaşqınlıq yaradıb. Birlik ölkələri axının dayandırılması üçün Türkiyə və Əlcəzairlə danışıqlar aparır. Üstəlik, bəzi Avropa ölkələri Şengen zonasının miqrantların qeyri-qanuni şəkildə köhnə qitəyə keçməsinə şərait yaratdığını bildiriblər. Avropa Birliyinin bir sıra ölkələri artıq müvəqqəti olaraq sərhəd keçid məntəqələrini bərpa ediblər. Məhz buna görə bir sıra ekspertlər yaxın zamanlarda Şengen zonasının çökəcəyini proqnozlaşdırıblar.

Avropaya miqrant axını əsasən Afrika ölkələri, Yaxın Şərq dövlətləri, xüsusilə, Suriyadan olur. Buna əsas səbəb isə Ərəb baharı nəticəsində Afrika və Yaxın Şərq dövlətlərində yaranmış xaos, iqtisadiyyatın çökməsidir. Bu da bir zamanlar sürətlə inkişafa istiqamətlənən ölkələrdən köçə səbəb olur. Suriyaya gəlincə isə bu ölkədə 2011-ci ildən başlayan vətəndaş müharibəsi ölkəni xarabazara çevirib.

Tarix
2016.03.05 / 13:04
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla