Yuxarı

İŞİD-in qorxunc “B planı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriyada mövqelərini əldən verən İŞİD Liviya torpaqlarında irəliləyir.

Axar.az xəbər verir ki, terror təşkilatı ötən il İraq və Suriyada nəzarət etdiyi ərazilərin 14 faizini itirib. Lakin Liviyanın Siirt şəhərində möhkəmlənib, strateji məntəqələri ələ keçirmək üçün mütəmadi hücumlar təşkil edib.

Liderlər Liviyada

İŞİD-in Liviyada işğal etdiyi ilk şəhər Derna olub. Aralıq dənizi sahilində yerləşən bu şəhərin 80 min əhalisi var. 2014-cü ildə qurulan "İslam Gənclik Şurası" iki ay ərzində şəhərdə nəzarəti bərpa edərək İŞİD-ə bağlı olduğunu açıqlayıb.

Dernanın işğalından sonra İŞİD-in 3 lideri - Əbu Həbib Cazravi, Əbu Bara Azadi və Əbu Nabil Ənbar yeni hücumlar təşkil etmək üçün 2014-cü ilin sentyabrında dəniz yolu ilə Dernaya gedib. Təşkilatın sıradakı hədəfi isə devrilmiş lideri Müəmmər Qəzzafinin məmləkəti və son qalası olduğu üçün silah saxlanılmasına icazə verilməyən Siirt şəhəri olub.

18 fevral 2015-ci ildə Siirtə girən 200-400 nəfərdən ibarət İŞİD dəstəsi 60 min əhalisi olan şəhərin nəzarətini öz əlinə alıb. Şəhəri işğal edən terrorçular qəbilələrarası qarşıdurmalardan maksimum istifadə edərək qısa müddətdə möhkəmlənə bilib.

Qaçaqçılıq iqtisadiyyatı

Orta Asiyadan Balkanlara, Yaxın Şərqdən Şimali Afrikaya uzanan bir şəriət dövləti qurmaq istəyən İŞİD üçün Liviya iqtisadi cəhətdən çox qiymətlidir. Qəzzafinin dövründə illik 30-45 milyard dollar neft gəliri olan Liviyada saysız silah anbarları mövcuddur. Ölkənin Avropaya yaxınlığı isə terrorçuların qoca qitəyə keçməsini və qaçaqçılığı asanlaşdırır.

İsrailin Terrorla Mübarizə Mərkəzinin hesabatına görə, ərəb və Orta Afrika ölkələrindən gələn mühacirlərin Avropaya daşınmasından hər il 255-333 milyon dollar gəlir əldə edilir. ABŞ-ın "Soufan Group" təşkilatının yaydığı hesabatda Əl Qaidə və İŞİD-in Liviya limanlarında məhz bu işə nəzarət etdiyi qeyd olunub.

Terror Mərkəzinin hesabatına görə, Liviyanı daimi nəzarətdə saxlamaq istəyən terror təşkilatı davamçılar yetişdirir. Liviyada hərbi təhsil düşərgələri təşkil edilir, "İslam Dövləti bölgəsindən xəbərlər" adlı qəzet paylanılır.

Terrorçuların sayı durmadan artır

ABŞ Müdafiə Nazirliyinin məlumatına əsasən, ötən il İŞİD-in İraq və Suriyadakı qüvvələrinin sayı 32 mindən 25 minə enib. Lakin Liviyada eyni dövrdə terrorçuların sayı iki dəfə artaraq 7 minə çatıb. İŞİD-in Liviyadakı terrorçulara hər ay 1000 dollar maaş verdiyi də yayılan məlumatlar arasındadır.

Tunis mətbuatına görə, 2011-ci ildə baş verən Ərəb baharından sonra 1000-1500-ə yaxın tunisli gənc İŞİD-ə qoşulub. Nigeriyada fəaliyyət göstərən Boko Haram terror təşkilatının 1000-ə yaxın üzvü də İŞİD sıralarında döyüşmək üçün Liviyaya gedib. Bundan başqa, İŞİD ilk dəfə Liviyada "Cihadçı gəlinlər" adı ilə qadınlardan kamikadze kimi istifadə edib.

Nizamlı ordu olmadığından İŞİD-lə mübarizə məsuliyyəti yerli qüvvələrin üzərinə düşür. ABŞ-ın Karnegi Beynəlxalq Sülh Birliyi koalisiya qüvvələrinin yerli qüvvələrə terrorla mübarizə təlimləri keçdiyini açıqlayıb. Lakin Qərbdən hərbi təlim alan qüvvələr İŞİD-lə yox, öz aralarında döyüşməyə üstünlük verir. Ölkə müxtəlif qəbilə birliklərindən təşkil olunduğundan, vahid qüvvə yaranmır.

ABŞ susur

ABŞ Liviyada bu vaxta qədər İŞİD mövqelərinə yalnız iki hava hücumu təşkil edib. 13 noyabrda Parisdə 129 adamın həyatını itirdiyi gün təşkil edilən ilk hücumda İŞİD-in Liviya lideri Əbu Nabil Ənbar öldürülüb. Liviyaya gəlməmişdən əvvəl İŞİD-in Suriyadakı torpaqlarından məsul olan Ənbar Əbubəkr Bağdadidən sonra təşkilatın əsas lideri sayılırdı.

ABŞ-ın ikinci hücumu isə bu ilin 19 fevralında baş tutub. Tunis sərhədi yaxınlarında təşkil edilən hücumda İŞİD-in təlim düşərgəsi məhv edilib.

Ümumilikdə ötən il ərzində Liviyada təşkil edilən hava hücumlarında cəmi 40 terrorçu öldürülüb.

Tarix
2016.03.07 / 23:42
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla