Yuxarı

“Dünyanın bunu öyrənməsinə ehtiyac var”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir sıra universitetlərimizdə "Multikulturalizm" və "Azərbaycanşünaslıq" fənlərinin tədrisinə böyük ehtiyac var.

Trend-in məlumatına görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla AMEA-nın illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın multikultural mədəniyyəti dünyaya təqdim edilir: "Bunun dünyaya təqdim edilməsində böyük fayda var. Dünyanın bunu öyrənməsinə ehtiyac var".

K.Abdulla bildirib ki, bu gün dünyanın 13 xarici universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Bu fənnin tədrisində AMEA-nın üzvləri, ali məktəblərin mütəxəssisləri yaxından iştirak edirlər.

Dövlət müşavirinin sözlərinə görə, bu layihə çərçivəsində Azərbaycan məktəblərində "Azərbaycan multikuralizmi" fənninin tədrisinə başlanılıb:

"Bu gün Azərbaycandakı çoxəsrlik multikultural dəyərlərin universitetlərdə tədris olunması əhəmiyyətlidir. Praktiki olaraq, bəzi məsələlərə dərindən baxsaq görərik ki, bu gün gəncliyimizin bütövlükdə inkişafında bir boşluq var. Xarici ədəbiyyat, psixologiya və digər bu kimi fənlər üzrə orta məktəblərdən gələn ibtidai biliklər humanitar universitetlərdə təkmilləşdirilsə də, bəzən gənclər bu fənlərlə elə orta məktəblərdə vidalaşmalı olurlar. Bunun qarşısını almaq üçün bu gün bir sıra universitetlərimizdə "Multikulturalizm" və "Azərbaycanşünaslıq" fənlərinin tədrisinə böyük ehtiyac var. Bunu əsas tutaraq, Azərbaycan Texniki Universitetində, Dövlət İqtisad Universitetində bu fənlərin tədrisinə artıq uğurla başlamışıq. Ən əsas məsələ bu cür fənlərin digər universitetlərdə də tədrisinə nail olmaqdır".

Tarix
2016.04.29 / 16:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla