Yuxarı

Diktatorların inanılmaz yemək menyuları – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kobra qızartması, it ətindən şorba, bunlar 20-ci əsrin tarixinə adlarını həkk etdirmiş diktatorların sevdikləri yeməklərdən bəziləridir. Viktoriya Klark və Melissa Skotun "Diktatorların axşam yeməkləri" kitabında liderlərin sevdikləri yeməklər və xəstəlikləri ilə bağlı maraqlı faktlar yer alır.

Axar.az kitabdan maraqlı faktları təqdim edir:

Kim Çen İr - 1994-2011-ci illərdə Cənubi Koreyada hakimiyyətdə olmuş Kim Çen İr köpəkbalığının üzgəcindən, it ətindən və donuz piyindən hazırlanmış şorbanı xoşlayırdı. Diktator düşünürdü ki, it ətindən hazırlanmış şorba onu ölümsüz edir və kişiliyini gücləndirir. Kim Çen İr Fransanın "Hennesi" firmasının hazırladığı konyaklardan içməyə üstünlük verirdi.

Adolf Hitler – Hitler vegetariyan olub və ömrünün sonuna qədər təkcə kartof və bulyon yeyib. Bəzilərinə görə, onun vegetariyan olması ideoloji motivlərdən irəli gəlirdi, lakin bəziləri də iddia edir ki, Hitler xroniki qəbizlikdən və mədə şişkinliyindən əziyyət çəkib, bunun üçün ətdən imtina edib. Bundan əlavə, Hitlerin 15 nəfərdən ibarət deqüstator qrupu olub. Deqüstatorlar yeməyi daddıqdan 45 dəqiqə sonra ölmürdülərsə, Hitler yeməyə başlayırdı.

İosif Stalin - SSRİ lideri doğma gürcü mətbəxini çox sevir, qoz, sarımsaq, gavalı, nar və şəraba üstünlük verirdi. O, içməkdən də yorulmurdu.

Benito Mussolini - italiyalı diktator isə sarımsaqlı, zeytun yağlı və limonlu salata üstünlük verirdi. O, Fransa mətbəxini bəyənmirdi. Mussolini yemək zamanı bütün ailə üzvlərinin masa arxasında olmasını tələb edirdi.

İdi Amin - Uqandanın keçmiş diktatoru qızardılmış oğlağı və darçınlı çörəyi sevirdi. Həmçinin hər gün 40 portağal yeyirdi və bunu təbii viaqra adlandırırdı. O, sürgünə getdiyi Səudiyyə Ərəbistanında KFC-nin yeməklərinə və pizzaya dadanmışdı.

Pol Pot - Kamboca diktatoru Pol Pot isə maral ətini, çöl donuzunu, ilanı, təzə meyvəni, Çin şərabını və konyakı xoşlayırdı. Həmçinin kobranın qızartmasını da bəyənirdi.

Tarix
2016.04.30 / 08:30
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Əsədov Ankarada mühüm iclasda: Protokol imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla