Yuxarı

Gömrükdə külli miqdarda siqaret tutuldu - Əməliyyat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobili əsaslı şəkildə yoxlanılıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası predmetin, həmçinin tütün məmulatının olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi predmetin, həmçinin tütün məmulatının olmadığını bildirib.

Lakin yoxlama zamanı həmin avtomobilin baqaj qapısının üzlüyünün altından, həmçinin avtomobilin salonunda olan üç ədəd sərnişin oturacağının üzlüklərinin altından, avtomobilin salonunun sol divarında olan üzlüyün altından və avtomobilin tavanının altından müxtəlif markalı, cəmi 41 200 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.04.30 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla