Yuxarı

MTN işi: Tağı Əhmədov 3 milyon xərac verib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürdüm ki, haqqımda yazılanlar bir müddətdən sonra sona çatacaq.

Bu sözləri Axar.az-a Bakı Metropoliteninin eks-rəisi, YAP Yasamal təşkilatının sədri Tağı Əhmədov haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.

T.Əhmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovla heç vaxt əlaqə qurmadığını bildirib:

"Düşünürdüm ki, haqqımda yazılanlar bir müddətdən sonra sona çatacaq. Ancaq görürəm ki, davamlı olaraq əleyhimə yazırlar. Qəti sürətdə deyə bilərəm ki, mənim həmin insanlarla heç bir əlaqəm olmayıb və yayılan məlumatların heç bir əsası yoxdur".

Xatırladaq ki, Tağı Əhmədovun Akif Çovdarova 3 milyon manat xərac verməsi barədə məlumatlar yayılıb. Musavat.com-un əldə etdiyi məlumata görə, T.Əhmədovu 3 milyon xərac verməyə sövq edən gizli çəkilən video olub. Metropolitenin sabiq rəisindən əvvəlcə 5 milyon tələb olunub, sonra bu məbləğ bir məmurun iştirakı ilə 3 milyona qədər endirilib.

Sayt şantaj videosunun paytaxtın istirahət mərkəzlərindən birində çəkildiyini iddia edib.

Ayrıca, Bakıda fəaliyyət göstərən elit otellərdən bir neçəsinin arxasında Akif Çovdarovun dayandığı bildirilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan Aparat rəhbəri Vidadi Zeynalov isə həmin otellərə nəzarət edib. Rəsmi olaraq bu hotellər ayrı-ayrı MMC-lərə məxsusdur. Bu otellərin V.Zeynalova aidiyyətini dolayısı ilə təsdiqləyən məqamlardan biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan ərazilərdə yerləşmələridir.

Tarix
2016.05.03 / 13:16
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla