Yuxarı

Bu siyasətin tarixi kökləri var – Kamal Abdulla

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu siyasətin tarixi kökləri var – Kamal Abdulla

Azərbaycanda multikulturalizm siyasətinin qədim qaynaqları var və Alban, eləcə də digər dövlətlərimizdə multikultural və tolerant cəmiyyətlər mövcud olub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) "Heydər Əliyev irsi və multikultural dəyərlər" mövzusunda təşkil etdiyi XIII konfransdakı çıxışında deyib.

Kamal Abdulla Şirvanşahlar dövlətindən, Səfəvi imperiyasından başlayaraq Azərbaycan Respublikasınadək ölkəmizdə qurulan bütün dövlətlərdə tolerant-multikultural dəyərlərin və cəmiyyətin olduğunu, digər dinlərə və millətlərə aid dəyərlərə yüksək hörmət və ehtiramın göstərildiyini vurğulayıb. O, bütün bunları multikulturalizmin Azərbaycan xalqının yüzilliklər ərzində yaşam tərzi olmasının göstərici kimi dəyərləndirib:

"Ulu Öndər özünə qədər olan multikultural və tolerant dəyərləri dövlət siyasətinə çevirdi və bu siyasət bu gün də davam etdirilir".

Dövlət müşaviri dünyada multikulturalizmin dərin böhran içində olduğu bir dövrdə Azərbaycan Prezidentinin bəyanatlarını mühüm çağırış kimi qiymətləndirib. Vurğulayıb ki, hazırda dünyanın 13 universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir.

Tarix
2016.05.07 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla