Yuxarı

Deputatdan yeni amnistiya mesajı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev tərəfindən iqtisadi amnistiya ilə bağlı qərar çox mühüm məsələdir və iqtisadi cəhətdən ölkədə müəyyən irəliləyişlərə nail olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili hesab edir ki, yeni amnistiya iqtisadi inkişafa təkan verəcək:

"Maliyyə amnistiyası artıq gündəmdədir. Bu məsələ bir neçə dəfə də Milli Məclisə çıxarılıb. Hesab edirəm ki, indiki dönəmdə, dünyada qlobal maliyyə böhranı gedən bir vəziyyətdə bu amnistiya ciddi işdir. Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən məsələdə - neftin qiymətinin aşağı düşdüyü ərəfədə maliyyə amnistiyasına ehtiyac böyükdür. Düzdür, hazırda neft 50 dollar civarındadır, ancaq bu amnistiya mühümdür. Azərbaycanda olan insanlar vəsaitlərini niyə xaricə yatırmalıdırlar? Həmin insanlar o vəsaitlərlə Azərbaycanda zavod, fabrik və digər istehsal sahələri yarada bilərlər ki, bu da ölkədə yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafa növbəti təkan verə bilər".

Millət vəkili sui-istifadə hallarının olmaması üçün qanunun dəqiqliklə işlənməsi gərəkdiyini də vurğuladı:

"Maliyyə amnistiyası ilə bağlı elə bir qanun qəbul edilməlidir ki, ondan sui-istifadə hallarına imkan verilməsin. Yəni ölkəyə gətiriləcək vəsaitlər sırf istehsal, xidmət sahələrinə qoyulsun ki, nəticədə də büdcəyə daha çox gəlir daxil olsun. Bu prosesi xüsusilə də qeyri-neft sektorunun inkişafına yönəltmək lazımdır. Həmin insanlara maliyyə amnistiyası tətbiq edilməlidir ki, onlar narahat olmasınlar və rahatlıqla Azərbaycana böyük məbləğdə investisiya qoysunlar".

Qeyd edək ki, iyunun 1-dən etibarən Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar. Prezident İlham Əliyev Cinayət Məcəlləsində edilən dəyişiklikləri təsdiqləyib. Belə ki, cinayət məsuliyyəti yaradan hədd 20 dəfə artırılaraq 20.000 manat olub.

Yeni qanun özündə onu ehtiva edir ki, 20 min manatadək vergidən yayınma hallarına artıq cinayət işi açılmır. Bu isə sahibkara dəymiş ziyanı ödəməklə öz fəaliyyətini davam etdirmək və obyektini leqallaşdırmaq imkanı tanıyır.

Tarix
2016.05.24 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla