Yuxarı

Dələduz provayderlərə cinayət işi açıla bilər - Qanun

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İPnet (Skymax adı ilə də tanınır – red.) internet provayderinin müştərilərini aldatması ilə bağlı xəbər vermişdik. Tam bir dələduzluq şəbəkəsi quran şirkət internet telefonun çəkilməsi və nömrəyə görə ("404" – internet telefonu) 65 manat, internetin verilməsini təmin edən qurğu üçün 40 manat və qoşulma haqqı olaraq 10 manat – ümumilikdə 115 manat və bir aylıq xidmət haqqını əvvəlcədən alır. Lakin internet və telefon işləmədiyi halda şirkətlə əlaqə saxlamaq, xidmətin ləğvini istəmək və dəyən ziyanı geri tələb etmək mümkün deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Axar.az-a açıqlamasında bildirib ki, vətəndaşlar bu tip hallarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, o cümlədən, məhkəmələrə müraciət edə bilərlər:

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun internet provayderləri ilə istehlakçı arasındakı münasibətləri tənzimləyir və istehlakçıların hüquqlarını qoruyur. Çox təəssüflər olsun ki, biznes qurumları üçün yaradılmış rahat, toxunulmazlıq şəraitindən bəzi biznes qurumları süni şəkildə istifadə edirlər. Bağlanan müqavilə şərtlərini yerinə yetirmirlər. Provayderlərlə bağlı şikayətlər bizə daim gəlir. Belə hallarda istehlakçı onların hüquqlarını qoruyan İqtisadiyyat Nazirliyi yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Bura şifahi, yəni 195-2 çağrı mərkəzi və yaxud da ərizə ilə müraciət edə bilərlər. Əgər Dövlət Xidməti provayderin müştərini aldatmasını sübut etsə, onda şirkət minimum 500 manat cərimələnəcək. Digər tərəfdən, vətəndaşlar məhkəməyə müraciət edə və daha sərt cəzalar tələb edə bilərlər. Onu da qeyd edim ki, istehlakçı hüquqlarına dair məhkəmə iddialarında istehlakçı dövlət rüsumunu verməkdən azaddır".

Hüquqşünas Səməd Vəkilov isə bu məsələdə dələduzluq komponentlərinin olduğunu bildirib:

"Bu məsələdə istehlakçının etibarından sui-istifadə edilib. Əgər belə istehlakçı hüquqları pozulmuş şəxslər çoxdursa, şirkətə (İPnet – red.) qarşı dələduzluq maddəsi ilə cinayət işi başlana bilər. Məsələ ilə bağlı prokurorluq, polis orqanlarına müraciət etmək lazımdır. Onlar Rabitə və Yüksək Texnologiyalar nazirliyinə müraciət edərək, həmin qurumun ünvanını və rəhbərliyini müəyyən edə bilərlər".

Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə gəlincə, qurumdan bildiriblər ki, internet provayderlərinin fəaliyyəti ilə bağlı istənilən müraciət araşdırılır.

Tarix
2016.05.24 / 15:08
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla