Yuxarı

Səfirimiz Berlində Metsamor təhlükəsindən danışdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 23-də Almaniyanın nüfuzlu Berlin Azad Universitetinin Xəzər Bölgəsi Araşdırmaları Mərkəzində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə mərkəzin tədqiqatçıları və doktorantlarının Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovla görüşü olub.

Axar.az xəbər verir ki, Berlin Xəzər Bölgəsi Araşdırmaları Mərkəzinin direktoru, professor Luts Mets tədbirin məqsədi barədə məlumat verib.

Sonra səfir Pərviz Şahbazov "Azərbaycanın enerji strategiyasının regional sabitlik və Avropa İttifaqı ilə tərəfdaşlıqda rolu" mövzusunda təqdimatla məruzə edib.

Səfir əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə və regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsindəki rolundan danışıb. O, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, ölkəmizin balanslaşdırırlmış xarici siyasəti və multikultural ənənələrinin onun enerji strategiyasının həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat verib. Pərviz Şahbazov tədbir iştirakçılarını Azərbaycanın "Cənub" qaz dəhlizi"nin yaradılmasında göstərdiyi əhəmiyyətli səylər, ölkəmizin təşəbbüsü və aparıcı rolu ilə həyata keçirilən "Şah-Dəniz 2", Cənubi Qafqaz boru kəməri, TAP və TANAP kimi irimiqyaslı layihələrin icrasının cari vəziyyətinə dair məlumatlandırıb.

Diplomat, eyni zamanda, regionda inkişaf və əməkdaşlıq, o cümlədən enerji layihələri üçün təhlükə törədən amillər barədə məlumat verib. Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü regional təhlükəsizlik və əməkdaşlıq üçün ən böyük təhdid olduğunu vurğulayıb. Pərviz Şahbazov Ermənistandakı Metsamor AES-in region üçün təhlükə olduğunu və Ermənistandan nüvə materialları qaçaqmalçılığının yaratdığı real təhdidlər barədə danışıb.

Sonda səfir tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tarix
2016.05.24 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla