Yuxarı

"Ayfon"ları robotlar istehsal edəcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əpl" və "Samsunq" məhsullarının istehsalçısı olan Çinin Fakson ("Foxconn") şirkəti 60 min işçisini robotlarla əvəz edəcək.

ANS-in məlumatına görə, telefonları işçilərin yerinə robotlar istehsal edəcək.

Çinin Kunşan şəhərinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Şu Yulian robotların fəaliyyətə başlaması ilə artıq işçilərin sayının 110 mindən 50 minə düşdüyünü söyləyib.

Faksonn rəhbərliyi bir çox istehsal fabriklərində robotlardan istifadə etməyə başladıqlarını təsdiqləyib.

"Daha əvvəl işçilərimiz tərəfindən aparılan və təkrara əsaslanan işləri robotlar və digər yaradıcı istehsal texnikaları ilə həyata keçiririk. Treninqlərin köməyi ilə əməkdaşlarımızı istehsal müddətində araşdırma, inkişaf etdirmə, proses və keyfiyyətə nəzarət kimi yüksək əlavə dəyərli sahələrə yönəldirik. İstehsal fəaliyətimizdə texnika və insan əməyindən də yararlanmağa davam edəcəyik", - deyə şirkətdən bildirilib.

2014-cü ildən bu yana Çinin Quandun əyalətindəki Donquan şəhərində 505 fabrikdə robot texnologiyasına 630 milyon dollar sərmayə qoyulub. "Deloitte"un Oxford Universiteti ilə birlikdə apardığı tətqiqat nəticəsində məlum olub ki, yaxın 20 ildə dünyada robotların fəaliyyətə başlaması nəticəsində 35% insan işsiz qalacaq.

Tarix
2016.05.27 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla