Yuxarı

Amerikalı jurnalist: ''Ermənilər məni təhdid edir''

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış amerikalı ekspert, müstəqil jurnalist Tomas Qolts REGİON TV-də yayımlanan "Günün ardınca" verilişinə açıqlamalar verib.

Verilişdə jurnalistin dilimizə yeni tərcümə olunan "Azərbaycan gündəliyi" kitabından söhbət açılıb.

Jurnalist bunları söyləyib: "Bu tam deyil, yarı akademik bir kitabdır. Amma akademiklər bu kitabdan bir mənbə kimi istifadə edirlər. Bu kitab Amerikada bestseller oldu".

Bildirək ki, "Azərbaycan gündəliyi" kitabında ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən hadisələr öz əksini tapıb. Müəllif, Dağlıq Qarabağda erməni işğalçılarının törətdikləri vəhşiliklərin, qaçqın və köçkünlərin doğma yurdlarından didərgin düşmələrinin canlı şahidi olub, qanlı döyüşləri görüb. Onun bu mövzuda yazdığı məqalələr ABŞ-ın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Azərbaycan həqiqətlərini, ölkəmizin haqlı mövqeyini dünyaya çatdıran jurnalist ölkəmizlə bağlı xatirələrini bölüşüb: "Azərbaycanda ilk dəfə 1991-ci ildə Maştağada olmuşam. Azərbaycanı Maştağadan tanımağa başlamışam. Aşuranın axırıncı günlərindən biri idi".

Tanınmış jurnalist ermənilərin onu təhdid etdiyini də söyləyib: "Azərbaycan həqiqətlərini ABŞ-da təbliğ etmək çətindir mənim üçün. Çünki erməni lobbisi orada çox güclüdür. Eyni zamanda təhdidlərə də məruz qalıram. Mənə "yalançı Tomas" deyənlər də olur. Amma dözməliyəm".

Ulu öndər Heydər Əliyevlə görüşmək üçün 1993-cü ildə Naxçıvana səfər etdiyini xatırladan Tomas Qolts, kitabın ərsəyə gəlməsində Ulu Öndərin birbaşa göstərişinin olduğunu da vurğulayıb.

Tarix
2016.05.27 / 20:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla