Yuxarı

Baş nazirin müavini: "İrəliləyişlər var"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan diplomatik danışıqlarda irəliləyişlər müşahidə olunmaqdadır.

Report-un xəbərinə görə, bunu mayın 28-də cəbhə bölgəsində yerləşən Tərtər rayonuna səfər edən Azərbaycan baş nazirinin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan münaqişənin dinc yolla həll olunmasının tərəfdardır:

"Prezident İlham Əliyev bununla bağlı dövlətin, xalqın və şəxsən prezident olaraq özünün mövqeyini dəfələrlə bəyan edib. Biz münaqişənin dinc yolla, işğala son qoyulmasının qan tökülmədən olmasını istəyirik və buna tərəfdarıq. Amma bir şərtlə ki, Azərbyacanın işğal olunmuş torpaqları qeyd-şərtsiz işğaldan azad olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Əgər bu şərtlər daxilində münaqişə həll olunmasa təbii ki, problemi həll edən başlıca amil Azərbycan Ordusu və bizim qəhrəman əsgərlərimiz olacaq".

Baş nazirin müavini vurğulayıb ki, xüsusi ilə aprel hadisələrindən sonra Azərbaycanın hər bir vətəndaşı inanır və qəti əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə qadirdir: "Azərbycan əsgəri bu qüdrətə və şücaətə malikdir. Hesab edirəm ki, Azərbaycan torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil".

Ə.Əhmədov hesab edir ki, münaqişənin həllində ən başlıca amil xalqın əhval rühiyəsi və Azərbycanın qəhrəman əsgərlərinin şücaətidir: "Bunun sayəsində biz bu Dağlıq Qarabağ münaqişəsini həll etməyə qadir olduğumuzu göstərməyə hazırıq. Bu gün cəbhə bölgəsini gəzərkən və burada hərbçilərimizlə söhbət edərkən bir daha əmin oldum ki, həqiqətən bizim əsgərlərimiz bu şücaəti göstərməyə hazırdılar və Ali Baş Komandan əmrini gözləyirlər".

Tarix
2016.05.28 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla