Yuxarı

Qubada itmiş Şah Abbas almazı və 2 ölüm - Video

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində detektiv yazıçı Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında çəkilmiş "Xeyirlə şərin rəqsi" filminin təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, təqdimat mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, film heyəti və media nümayəndələri iştirak edib.

Tədbirdə söz alan xalq yazıçısı Çingiz Abdullayev öz əsərləri əsasında çəkilmiş filmlərdən danışıb və bu filmdə aktyorların uğurlu çıxışından söz açıb. Daha sonra İlqar Muradov Dronqonun çəliyini Çingiz Abdullayevə hədiyyə edib.

Filmdə yəhudi ailəyə məxsus nadir, çoxəsrlik "Şah Abbas" almazı itir. Ailə almazın tapılması üçün məşhur detektiv Dronqoya müraciət edir. Dronqonun axtarışları zamanı iki cinayət hadisəsi də baş verir. Bütün bu hadisələr Qubada – Qırmızı qəsəbədə cərəyan edir.

Qeyd edək ki, filmdə baş rolu tanınmış müğənni İlqar Muradov, digər rolları isə xalq artistləri Məbud Məhərrəmov, Şükufə Yusupova və başqaları canlandırıb. Filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyevdir.

Tarix
2016.05.28 / 13:24
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla