Yuxarı

Nalbəndyan təlaşda: İyun görüşü...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən böyük müharibədən sülh daha üstündür və Bakı bu prinsipləri qoruyur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, İrəvan iyun görüşünün yaxınlaşmasından olduqca narahatdır:

"Çünki status-kvonu saxlamaq istəyirlər. Azərbaycan Dördgünlük müharibədən sonra əldə olunmuş razılaşmaya əməl edir və sülhə doğru müvafiq addımlar atmaqdadır. Çünki Bakı may danışıqlarının davamında maraqlıdır. İstər Nalbəndyanın, istərsə də keçmiş erməni baş nazirinin nüvə açıqlaması göstərir ki, bu görüşdən narahatdırlar. Bunun səbəbi isə Ermənistan siyasi rəhbərliyinin hakimiyyəti məhz Dağlıq Qarabağ üzərindən zəbt etməsidir".

Politoloq ermənilərin görüşlə bağlı qurduqları planların heç birinin baş tutmayacağını vurğulayıb:

"İrəvanın son davranışları danışıqlardan imtina etmək istədiklərini ortaya çıxarır. Ancaq Bakı sülh prinsiplərini qoruyur. Ermənistanda Sərkisyan hakimiyyətinə qarşı müxalif qüvvələr güclənir və bu proses elə bir nöqtəyə gələ bilər ki, bölgədə Ermənistan əleyhinə olan vəziyyət daha da dərinləşər".

Qeyd edək ki, mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan görüşdə iyunda növbəti danışıqlar barədə razılığa gəlinib.

Tarix
2016.05.28 / 14:31
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla