Yuxarı

Ermənilərdən şok təklif - Arazın sol qolu kəsilsin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Ararat vilayətinin qubernatoru Araz çayına axan və bu vilayətin ərazisindən keçən Azat çayının qarşısını kəsməyi təklif edir.

Virtualaz.org xəbər verir ki, qubernator hökumətin Azat çayının suyunu Ararat vadisinin kəndlərinə yönəltmək barədə proqramının təxirə salınmasını düzgün hesab etmir. Tert.am-a açıqlamasında Rubik Abramyan deyib ki, hər gün Azat çayının üzərindəki su anbarından 15-25 min kubmetr su Naxçıvana axıdılır.

Ermənistanın ətraf mühitin mühafizəsi naziri Aramais Qriqoryan də Azat çayının suyunun Azərbaycana axıdılmasına qarşı çıxıb. "Biz nahaq yerə çayı Azərbaycana axıdırıq. Məsələ bundadır ki, bəzi aylarda su qıtlığı müşahidə oluna bilər, ancaq çayda əsasən su bolluğu var. Bu artıq suyu Ararat vadisinə yönəltmək lazımdır"-nazir deyib.

Azat çayı Ermənistanın Qeqam yaylasından başlanğıcını götürür və Araz çayının sol qoludur.

Tarix
2016.05.30 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla