Trampla debat üçün həyəcanlanıram - Bayden
20:44
Ana səhifə Gündəm |
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Əmrə əsasən, Ramiz Hüseynov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin Avtosfer.az-a verdiyi məlumata görə, Ramiz Hüseynovun yerinə polkovnik Elşən Kazımov təyin edilib. O, indiyə qədər Baş İdarənin qərargah rəisi vəzifəsini tuturdu.
Tarix
2016.05.31 / 16:42
|
Müəllif
Axar.az
|