Yuxarı

Həftə sonu harda dincəlmək olar? - Qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti şəhər həyatından və gərgin iş rejimindən yorulanlar həftə sonunu bölgələrdə keçirməyə üz tuturlar.

Axar.az xəbər verir ki, bu gün Azərbaycanda bir çox şirkətlər daxili turlar təşkil edir.

Araşdırmamızın nəticəsinə əsasən, bölgələrə turların minimum qiyməti 20 manatdan başlayır. Bu qiymətə bir çox şirkət nəqliyyat, səhər yeməyi, çay süfrəsi, fotosessiya və əyləncəli oyunlar daxil edir.

"Turizm.az" şirkətinin rəsmisi Sahib Ənsarovun sözlərinə görə, onlarda 1 günlük turların qiyməti 21-35 manat arası dəyişir:

"1 günlük turlar əsasən, yaxın bölgələrə Qəbələ, İsmayıllı, Quba, Qusar, Masallıya təşkil edilir. 2 günlük turlar isə Şəki, Qax, Zaqatala, Göygöl, Şəmkir, Gədəbəy kimi uzaq bölgələrə olur. Onların da qiymət hər dəfə otelə və gününə görə 70-150 manat arası dəyişə bilər. 1 günlük turlara tələbat daha çox olur".

"Meridian travel"də isə minimum qiymət 20 manatdan (Şamaxıya - red.) başlayır:

"Əgər səfər bir rayona olursa, qiymətlər 21 manat təşkil edir. 23 manata isə bir günlük iki rayona - Qəbələ-Lahıc, Qəbələ-Şəki, Quba-Qusar turları var. 2 günlük turlar 85 manatdan başlayır. Məsələn, hazırda Gəncə-Göygöl-Maralgöl-Mingəçevir turumuz var. Ümumiyyətlə, son vaxtlar daxili turlara tələbat çoxalıb. Əvvəl hər həftə 3 avtobus yola salırdıqsa, bu il rəqəm 8-ə yüksəlib".

"RVS travel"də də bölgələrə 1 günlük turların qiyməti 21 manat (Qəbələ - red.) təşkil edir. 2 günlük turlarda qiymətlər seçilən otelə görə dəyişir. Hazırda 2 günlük turlarda minimum qiymət 75 manatdır.

Tarix
2016.06.01 / 08:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla