Yuxarı

Sərhədçilərimizin döyüş hazırlığı türk mediasında - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin "Ağgöl" təlim bazasında sərhədçilərimizin taktiki təlimi Türkiyə mediasında geniş işıqlandırılıb.

Axar.az xəbər verir ki, mayın 17-dən 19-dək keçirilən taktiki təlimlərlə bağlı Türkiyə Radio və Televiziyasına (TRT) daxil olan telekanallarda süjetlər yayımlanıb və sərhədçilərimizin yüksək səviyyədə döyüş hazırlığı tamaşaçılara təqdim olunub. Sərhədçilərimizin təliminin "dosta güvən, düşmənə gözdağı" olduğunu vurğulayan telekanallar Azərbaycan sərhədçilərinin ölkə sərhədlərini qorumağa tam hazır olduğunu xüsusi qeyd ediblər. Taktiki təlimdə Dövlət Sərhəd Xidmətinin yüksək peşəkarlığı, ən müasir texniki vasitələrin və yüksək dəqiqlikli silahların tətbiq olunmasının Azərbaycan sərhədlərinin etibarlı mühafizəsini təmin etdiyi tamaşaçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, "Ağgöl" təlim mərkəzində keçirilmiş təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatan­lardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təlimi müvəffəqiyyətlə başa vurub.

Tarix
2016.06.01 / 10:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla