Yuxarı

Xəstəxanada dəhşət: özünü 5-ci mərtəbədən atdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:02

Bakıdakı xəstəxanalardan birində intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, dünən saat 18 radələrində Respublika Nevrocərrahiyyə Xəstəxanasında Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Əsgərov Qoşqar İsrail oğlu özünü müalicə olunduğu korpusun 5-ci mərtəbəsindən atıb. Ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 46 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, Q.Əsgərov mayın 26-da Respublika Nevrocərrayihhə Xəstəxanasına yerləşdirilib və ona kəllə-beyin travması diaqnozu qoyulub.

Q.Əsgərovun hansı səbəbdən intihar etdiyi hələlik dəqiq bilinmir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Dünən saat 18 radələrində Respublika Neyrocərrahiyyə Xəstəxanasında Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Əsgərov Qoşqar İsrail oğlu özünü müalicə olunduğu korpusun 5-ci mərtəbəsindən atıb. Ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 46 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov Publika.az-a açıqlamasında bildirib ki, xəstə mayın 26-da xəstəxanaya kəllə-beyin travması ilə yerləşdirilib.

"O, qayalıqdan yıxılıb travma almışdı, lakin xəstəxanaya aparılmayıb, evdə saxlanılıb. Hadisədən 10 gün sonra Qazaxa aparılıb, xəstəxanadan kəllə sümüyündə sınıqlar olduğu deyilib. Vəziyyəti ciddi olduğuna görə, Bakıya gətirilib. Bizim xəstəxanaya mayın 26-da yerləşdirilib. Həmin gün əməliyyat edilib. Mayın 27-də artıq rahat hərəkət edə bilirdi. Adi palatada yatan xəstə idi. Aldığı kəllə-beyin travması onun intihar etməsinə səbəb ola bilməz. Çünki əməliyyatdan sonra özünü normal hiss edirdi. Psixoloji durumunda da hər hansı dəyişiklik və s. qeydə alınmayıb. Onun Tovuzda qayalıqdan yıxıldığı deyilir. Lakin ola bilər ki, həmin hadisədə də intihara cəhd olub. Bununla bağlı araşdırma aparılır".

Baş həkimin sözlərinə görə, hadisə baş verəndə onun yanında ancaq həyat yoldaşı olub:

"Saat 17:00-dan 19:00-a kimi xəstə yaxınlarının qəbul saatı olub. Həmin saatda xəstənin əmisi oğlu, qaynı və həyat yoldaşı yanında olub. Həmin anda qaynı dəhlizdə olub, əmisi oğlu isə mağazaya gedib. Yanında ancaq yoldaşı olub, ona yemək verib. Yoldaşının sözlərinə görə, yemək yeyəndən sonra qəfildən pəncərəyə çıxıb, özünü atıb. Yoldaşı tutmaq istəsə də, gec olub. Hazırda prokurorluq işi araşdırır".

Tarix
2016.06.02 / 13:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla