Yuxarı

Bakıda ər-arvad davası qanla bitdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakini arvadına qayçı xəsarət yetirib. Hadisə Abşeron rayonunda qeydə alınıb.

Abşeron Rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Xırdalan şəhərinin 28-ci məhəlləsində şəhər sakini Ramazan Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı 1988-ci il təvəllüdlü Şəbnəmə Mürşüdovaya qayçı ilə xəsarət yetirib hadisə yerini tərk edib.

Yaralı ailə üzlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Keçmiş arvadını qayçılayan R.Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutularaq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Ərin öz arvadına xəsarət yetirdiyi daha bir hadisə Nərimanov rayonu ərazisində baş verib. X. R. Ulutürk küçəsi ev 79 ünvanında yaşayan, 1971-ci il təvəllüdlü Şamil Bağırov yaşadığı evdə arvadı, 1981-ci il təvəllüdlü Pərvanə Qurban qızı Əhmədovanı boyun və ayaq nahiyəsindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.06.03 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla