Yuxarı

İsrailli nazir öz hökumətini məhv edəcəyini dedi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Fələstin dövlətinin yaradılması təhdidi ortaya çıxsa, biz hökuməti məhv edəcəyik.

Axar.az xəbər verir ki, bunu İsrail mətbuatına açıqlamasında ölkənin Təhsil naziri Naftali Bennet söyləyib. O özünün Yəhudi Evi Partiyasının Fələstin dövlətinin yaradılmasına izn verməyəcəyini bildirib:

"Biz belə bir tarixi səhvin qarşısında dayanacağıq. Əgər məsələ 1967-ci il sərhədləri və Qüdsün parçalanmasına qədər uzansa, biz nəinki hökumətdən çıxacağıq, hətta onu məhv də edəcəyik".

Qeyd edək ki, Yəhudi Evi Partiyası Benyamin Netanyahunun yaratdığı koalisiya hökumətində təmsil olunur. Bu partiyanın parlamentdə təmsilçilərinin sayı 8 nəfərdir. Partiya əsasən yarımmilyonluq israilli qaçqınların maraqlarını parlamentdə təmsil edir.

Bir müddət öncə İsrail Baş naziri Benyamin Netanyahu iki dövlət konsepsiyası istiqamətində Təl-Əvivin danışıqlara hazır olduğunu açıqlayıb.

Tarix
2016.06.03 / 18:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla