Yuxarı

THY Bakıda yubileyini keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 3-də Bakıda Türk Hava Yollarının (THY) Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Türk Hava Yollarının Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib ki, ilk dəfə 1991-ci il martın 25-də İstanbul-Trabzon-Bakı xətti ilə Azərbaycana uçuşlara başlayan THY hazırda Azərbaycana gün ərzində 5 dəfə uçuş həyata keçirir. Bundan əlavə, THY-nin Naxçıvana və Gəncəyə də uçuşları olur. "Biz Azərbaycanda fəaliyyətimizdən məmnunuq və ölkələrimiz arasında qardaşlıq münasibətləri yaşadıqca biz də burada fəaliyyət göstərəcəyik", - deyə o əlavə edib.

Türkiyənin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Əhməd Arslan bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq və dostluq münasibətləri hər iki ölkənin əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verir. Nazir qeyd edib ki, Türk Hava Yolları 289 istiqamətdə uçuşlar həyata keçirir. THY ilə "Azərbaycan Hava Yolları"nın fəaliyyəti, həmçinin iqtisadiyyatın inkişafına təkan verir, ölkələrimizi dünyada tanıdır. Türkiyə və Azərbaycanın inkişafı da öz növbəsində THY və "Azərbaycan Hava Yolları"nın inkişafına gətirib çıxarır.

"Azərbaycanla Türkiyə bir sıra layihələrdə əməkdaşlıq edir. Bu layihələr hər iki ölkəni necə yaxınlaşdırırsa TANAP layihəsi də bu münasibətləri o cür yaxınlaşdırır. Ümid edirəm ki, THY və AZAL-ın əməkdaşlığı daha da inkişaf edəcək", - deyə Ə.Arslan vurğulayıb.

Daha sonra tədbirdə Türk Hava Yollarının Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tarix
2016.06.04 / 01:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla