Yuxarı

Kimya Qoşunlarımız döyüş hazırlığına gətirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq Silahlı Qüvvələrin Kimya Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirmək, qarşılıqlı əlaqənin təşkili üzrə təcrübə mübadiləsini həyata keçirmək, həmçinin şəxsi heyətin bölmələr tərkibində kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq olub. Şəxsi heyət ərazinin maketi, xüsusi texniki vasitə və avadanlıqlar, kimya-müşahidə postu, kütləvi qırğın silahlarından mühafizə texnikası və qurğuları ilə tanış olublar.

Bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetirib və onların fəaliyyəti yüksək qiymətləndirilib.

Tarix
2016.06.04 / 14:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla