Yuxarı

İrəvan Moskvanı oda atdı: Rusiya parçalana bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərkisyanın saxta tezislərə söykənən bu sərsəm açıqlaması Moskvanı böyük təhlükəyə ata bilər. Avrasiya İttifaqına üzv olan ölkələr çox yaxşı bilirlər ki, "xalqların öz müqəddəratını təyin etmə" prinsipi işə salınsa, onda ilk növbədə Rusiya dağılacaq.

Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq bir neçə gün öncə Sərkisyanın dilindən səslənən "öz müqəddəratını təyin etmə" hüququnun bu gün tamamilə köhnəlmiş bir prinsip olduğunu bildirib:

"Dünyada 5500 xalq var və bunun yalnız 200-ü öz müqəddəratını təyin edib. Bu prinsip ön plana keçərsə, onda gərək dünyadakı bütün xalqlara da eyni hüquq verilsin. Ermənilər bir dəfə məhz bununla Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaradıblar. İndi isə həmin saxta tezisdən istifadə edərək torpaqlarımızda ikinci erməni dövləti yaratmaq istəyirlər. Dünyada hələ heç bir xalq ikinci dövlətini yaratmayıb. Bu, beynəlxalq hüquqa ziddir. Bu gün Dağlıq Qarabağda heç 50 min erməni yoxdur. Əgər Rusiyada yaşayan 20 milyonluq tatar xalqı bu hüquqdan istifadə edə bilmirsə, ikinci dəfə Azərbaycanda 50 min erməniyə öz müqəddəratını təyin etmə hüququnun verilməsi ideyası çox absurd, başdan-ayağa nonses və gülüncdür. Bu bir daha göstərir ki, Sərkisyan kimi boşboğazlar qəyyumlarının köməyi ilə torpaqlarımızı işğal ediblər. Avrasiya İttifaqına üzv olan ölkələr çox yaxşı bilirlər ki, bu prinsip işə salınsa, onda ilk növbədə Rusiya dağılacaq. Yəni Rusiya ən azı 200 xalqa bu haqqı tanımalıdır".

Politoloqun sözlərinə görə, bu məsələ qlobal bir prosesə çevrilsə, onda dünyanın siyasi xəritəsi yenidən cızılmalıdır:

"Üstəlik, Dağlıq Qarabağ əhalisinin bir qismi iddia edir ki, onlar erməni yox, albandırlar. Əgər Dağlıq Qarabağ ərazisinin alban dövləti qurumu kimi tanınması gündəmə gələrsə, Azərbaycan bu məsələ üzərində düşünə bilər. Çünki həmin insanlar zorla erməniləşdirilmiş alban tayfalarıdır. Biz bu gün bu məsələni çox ciddi surətdə: "ermənilər haylardır, xalq deyillər və bu gün Dağlıq Qarabağ üzərində onların heç bir hüquqi yoxdur" şəklində qoymalıyıq, çünki haylar işğalçıdırlar".

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan mayın 31-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Avrasiya İqtisadi Şurasının Ali iclasında bildirib ki, Ermənistan "Dağlıq Qarabağ xalqlarının şəxsi taleyinə göstəriş vermək hüququ və müqəddəratını təyin etmə" prinsipi üzrə sülh nizamlanmasının axtarışı üzərində işləmək niyyətindədir.

Tarix
2016.06.05 / 09:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla