Yuxarı

Rus yazıçıdan çağırış: Qazaxıstanı işğal edək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı yazıçı və müxalifətçi Eduard Limonov dünən və bu gün Qazaxıstanın Aktobe şəhərində baş verən hadisələri öz bloqunda şərh edib.

Avropa.info xəbət verir ki, Limonov rusları öz "tarixi" torpaqlarını geri almağa çağırıb.

"Rusiya sərhəddə Qazaxıstanın daxilində yerləşən "tarixi" rus şəhərlərini – Uralskdan şərq sərhədlərinədək torpaqları geri qaytarmağa cəhd etməsə, tam bir axmaqlıq edəcək. Xatırladım ki, rusların sayı Qazaxıstanda 4 milyon nəfərdir. Rusdillilər də çoxdur. Təkcə almanların sayı bir milyon nəfərdir. Və bu cəmi 17 milyon nəfər əhalinin payına düşür" – Limonov belə deyib.

Eduard Limonov Qazaxıstanda böyük perspektivlərin olduğunu diqqətə çatdıraraq, Kremli oradakı rusların taleyinə daha çox diqqət ayırmağa çağırıb. O, Aktobedəki terror aktını vətəndaş müharibəsi adlandırıb.

Xatırladaq ki, Eduard Limonov 2001-2003-cü illərdə Şimali Qazaxıstanda separatçı dövlət yaratmaq məqsədilə qanunsuz silahlı dəstə yaratmaq və silah saxlamaq ittihamı ilə 2 ilini həbsdə keçirib.

Tarix
2016.06.06 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla