Yuxarı

Aeroportda narkotik əkən şəxs tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda hava limanının ərazisində narkotik vasitə əkib-becərən şəxs tutulub.

Region.TV xəbər verir ki, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Digah kənd sakini elə çətənə kollarına qulluq göstərərkən saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Digah kəndi ərazisində narkotik vasitə hesab olunan çətənə kollarının becərilməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat keçirən polis əməkdaşları əraziyə baxış keçirən zaman 34 yaşlı Digah kənd sakini Anar Xubəli oğlu Məmmədov saxlayıblar. O, və becərdiyi 274 ədəd çətənə kolu polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı Anar Məmmədov çətənə kollarına qulluq göstərdiyini və narkotik aludəçisi olduğunu etiraf edib.

Əraziyə baxış zamanı Anar Məmmədovdan həmçinin 1 kiloqram qurudulmuş marixuana və 16 kalibrli ov tüfəngi də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı Anar Məmmədovun oğurluq törətməkdə şübhəli bilinərək, Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə axtarışda olduğu məlum olub.

Tarix
2016.06.09 / 21:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla