Yuxarı

MTRŞ: “ANS cəriməni ödəməsə…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS cərimələri könüllü ödəməsə, qərar məcburi şəkildə icra olunacaq.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə əsasən, İnzibati Cərimə İnzibati Tənbeh və tətbiqetmə haqqında vəzifəli şəxsin qərarı qanuni qüvvəyə mindikdən sonra 30 gündən gec olmayaraq ödənilməlidir: "Bu müddətdə ödənilməzsə, hüquqi şəxsin pul vəsaiti və gəlirlərindən tutulması üçün qərar banka göndərilir və 7 gün müddətində icra olunur. Könüllü ödəmə barədə məlumat daxil olmazsa, qərar icra üçün banka göndərilir. Bankda müəyyən vəsait mövcud olmazsa, qərar məcburi icraya yönəldiləcək. ANS bizə könüllü məlumat verməsə, onların bank hesabından cərimə məcburi qaydada tutulacaq".

Xatırladaq ki, "ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxılıb və işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərar qəbul edilib.

Tarix
2016.06.10 / 16:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla