Yuxarı

Hərbçilərimiz Türkiyədə ilan-qurbağa yedi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 4 ölkənin hərbçilərinin iştirakı ilə "Commando Ex 2016" adı altında keçirilən hərbi təlimlərin görüntüləri yayılıb.

ANS-in məlumatına görə, Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstandan ümumilikdə 136 hərbçinin İspartada qatıldığı təlimlərdə çətin və təhlükəli tapşırıqlar yerinə yetirilib. "Commando Ex 2016"-nın ssenarisinə əsasən, hərbçilər Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətindəki bir hava limanını şərti terrorçulardan azad etmək üçün əməliyyata başlayıblar. Onlar tapşırığı yerinə yetirərkən ilan və qurbağa yeyib, suyun altındakı labirint maneəni aşıb, qayıqlarla sahilə çıxma hərəkətlərini yerinə yetiriblər. Daha sonra sudan çıxan təlim komandası qurudakı mövqeləri şərti düşməndən təmizləyib.

Quruda şərti terrorçuları məhv edən komandoslar daha sonra hava təlimlərinə başlayıblar. Helikopterlərdə olan komandoslar şərti terrorçuların obyektlərini məhv etdikdən sonra yenidən quruya enərək terrorçuları bir-bir zərərsizləşdiriblər. Uğurla həyata keçirilən əməliyyatların sonunda hava limanının təhlükəsizliyi tam təmin edilib.

Tətbiqat zamanı 15 metr yüksəklikdən içərisində ilan və qurbağaların olduğu suya dik vəziyyətdə tullanan təlimçilər daha sonra 78 metr hündürlüyü olan qülləyə dırmanıb, bir neçə saniyə ərzində oradan enmə fəaliyyətini də həyata keçiriblər.

Türkiyə Silahlı Qüvvələrinin göz bəbəyi sayılan və komandosların yetişdirildiyi İspartanın Eyirdir kəndindəki Dağ Komandos Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ölkələrin hərbçiləri arasındaki məlumat və təcrübə mübadiləsini təşkil etmək və onların birlikdə işləmə bacarığını inkişaf etdirmək üçün nəzərdə tutulan təlimlərə ev sahibliyi edir. Baş tutan təlimlərə Türkiyədən 66, Azərbaycandan 30, Bolqarıstandan 21, Gürcüstandan 19 hərbçi qatılıb. 6 iyunda başlayan və sabah sona çatacaq təlimlər İsparta rayonu və onun Eyirdir kəndinin fərqli yerlərində keçirilir.

Tarix
2016.06.12 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla