Yuxarı

Yol polisindən Son zəng xəbərdarlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol polisi orta ümumtəhsil məktəblərində keçirilən "Son zəng" tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi polkovnik Vaqif Əsədov Report-a açıqlamasında bildirib ki, azyaşlıların və məktəblilərin sükan arxasına keçməsi hallarına ciddi nəzarət olunacaq:

"Bu barədə valideynlərə də xəbərdarlıq edirik ki, diqqətli olsunlar. Azyaşlı uşaqların və məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək avtomobil əldə edib sürməsinə ciddi nəzarət olunacaq".

V.Əsədov qeyd edib ki, son zəng tədbirlərinin keçirilməsi ilə əlaqədar BŞBDYPİ əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar:

"Bakı şəhərində "Son zəng" tədbirlərinin keçirildiyi bütün orta ümumtəhsil məktəbləri nəzarətə götürülüb. Təhlükəsizliyin təmin olunması məqsədi ilə orta məktəblərin yerləşdiyi ərazilərdə yol polisi əməkdaşlarının xidməti təşkil olunub".

Tarix
2016.06.14 / 09:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla