Yuxarı

Mikayıl Cabbarov məzunları təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov son zəng münasibəti ilə builki məzunları təbrik edib.

Lent.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Əziz məzunlar!

Siz on bir il ərzində vacib həyat mərhələsi keçmisiniz. Sizin qarşınızda açılacaq çoxsaylı yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Həyatda inamlı addımlarınız təkcə sizin uğur hekayəniz deyil, həm də istiqlalının 25 illiyini bu il qeyd edəcəyimiz Azərbaycanın inkişafına verəcəyiniz töhfə olacaq.

Siz zamanın heç vaxt bu qədər sürətli olmadığı bir dövrdə yaşayırsınız. Zamanın bu sürətini nəzərə almaqla, siz çevik qərarvermə, hədəflərini doğru seçmək vərdişlərinə sahib olmalısınız. Bir də zamanın yeni sürəti ilə gələcək peşə fəaliyyətinizi əlaqələndirə bilməlisiniz. Nəzərə almalısınız ki, gələcəkdə indiyə qədər mövcud olmayan yeni ixtisaslar, peşələr sizi gözləyir. Bu, sizin həm şansınız, həm də növbəti təhsil pilləsində vacib missiyanızdır. Zamanın çağırışı budur ki, mükəmməl təhsil indi əvvəlkindən daha çox lazımdır.

Əziz məzunlar!

Cənab Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bu güc sizin vətənimizin çiçəklənməsi naminə yeni enerji və motivasiya qaynağınızdır. Burada əsas məsələ vətəndaş məsuliyyəti və mövqeyidir.

Hər birinizə yeni həyat pilləsində uğurlar arzulayıram!".

Tarix
2016.06.14 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla