Yuxarı

Azərbaycan əhəmiyyətli ölkədir - Polşa

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Coğrafi uzaqlığa baxmayaraq, Varşava Şərqlə Qərbi birləşdirən Cənubi Qafqazda nəqliyyat və tranzit qovşağının bir hissəsi kimi Azərbaycanın əhəmiyyətini tam şəkildə qiymətləndirir.

Bunu Trend-ə Polşanın Xarici İşlər naziri Vitold Vaşikovski deyib.

Onun fikrincə, Polşa və Azərbaycan iqtisadi və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsinə diqqət ayırmalıdırlar: "Polşa və Azərbaycanın ənənəvi olaraq səmimi və dost münasibətləri var. Hazırda Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlər məsələsində heç bir fikir ayrılığı yoxdur".

Nazirin sözlərinə görə, 2015-ci ildə Polşa ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 150 milyon dollara çatıb ki, bu da ikitərəfli münasibətlərin potensialını əks etdirmir: "Biz Azərbaycana Polşa ixracının (gəmiqayırma, kənd təsərrüfatı maşınqayırması) inkişafında maraqlıyıq. Biz dördüncü rübdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclasını keçirməyi planlaşdırırıq. Bu, bir çox sahələrdə əməkdaşlığımızı genişləndirməyə imkan verən amil olmalıdır".

O qeyd edib ki, Azərbaycanın karbohidrogen xammalının ixracından asılılığın azaldılması və öz iqtisadiyyatının şaxələndirilməsi üzrə planları var.

V.Vaşikovski qeyd edib ki, innovasiya texnologiyaları sahəsində təcrübələri olan bir çox Polşa şirkətləri çox şey təklif edə bilər: "Polşa, həmçinin kiçik və orta sahibkarlığın inkişafı sahəsində təcrübəsini bölüşməyə hazırdır".

Onun fikrincə, iki ölkə sıx mədəni, elmi və sosial əlaqələr qurmalıdır, bundan əlavə, mədəniyyətlərarası dialoqun və turizm sahəsinin fəallaşdırılması üçün məkan mövcuddur: "Polşalıların Azərbaycanda olması 18-ci əsrin sonlarına gedib çıxır. 19-ci əsrdə polşalılar Azərbaycanın, onun neft hasilatı sənayesinin inkişafında mühüm rol oynayıblar. Stanislav Despot-Zenoviç (19-ci əsrin sonu - red.) Bakı meri seçilib. Bakının tarixi mərkəzində o zaman bir çox binalar Yevgeni Skibinski və digər polşalı memarların planlarına uyğun olaraq tikilib. Birinci Dünya müharibəsindən sonra Polşa Cənubi Qafqaz ölkələrinin müstəqillik cəhdlərini dəstəkləyib".

Tarix
2016.06.14 / 18:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla