Yuxarı

Fransa mediası Ağ Evin Qarabağ çağırışından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransızdilli www.lelezard.com saytında "Ağ Ev Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının qaytarılmasına çağırır" başlıqlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə başlayan, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalan Sərsəng su anbarına görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya Obama administrasiyasının cavabından danışılır.

Petisiyanın nəzərdə tutulduğundan üç dəfə artıq imza topladığı diqqətə çatdırılır.

Məqalədə Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafınfakı 7 rayondan söz açılır, AŞPA, BMT, Avropa Parlamenti və ATƏT kimi bir çox beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair çağrışları vurğulanır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://www.lelezard.com/communique-10509552.html

Tarix
2016.06.15 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla