793-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:06
Ana səhifə İdman |
Azərbaycan haqqında çox az məlumatım var. Bildiyimə görə, Bakı Xəzər dənizinin sahilində yerləşir. Səbirsizliklə Bakı səfərimizi gözləyirəm.
Report-un məlumatına görə, bunu Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-prisinin iştirakçısı "Scuderia Ferrari" komandasının pilotu Sebastian Fettel deyib.
Bakı Şəhər Halqası haqda fikirlərini bildirən 29 yaşlı pilot trek haqda maraqlı fikirlər eşitdiyini, tarixi yerlərin, ensiz döngələrin mövcudluğundan xəbərdar olduğunu bildirib: "Şəhər treklərinə hər zaman pərəstiş edirəm. Adətən çox çətin keçilir, təpəli və ensiz küçələri olur. Ümid edirəm ki, Bakı treki gözləntilərimizi doğruldacaq və şəhər trekləri arasında öz yerini tutacaq".
Qeyd edək ki, Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək.
Tarix
2016.06.16 / 01:39
|
Müəllif
Axar.az
|