Yuxarı

Üzeyir bəyin çap olunmamış zarafatları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist, "Bakı-Baku" qəzetinin baş redaktoru Rauf Ağayev dahi bəstəkar Üzeyir Hacıbəyovla bağlı bir neçə xatirəni qələmə alıb.

Jurnalist bu xatirələri Üzeyir bəy Hacıbəyovun Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi dövrdə onun assistenti olmuş Zaxar Yakovleviç Stelnikin danışdığını bildirib. O qeyd edib ki, Stelnikin danışdığı xatirələri o illərdə qəzetə yazmaq olmazdı və buna görə də onları üstündən uzun müddət keçəndən sonra qələmə alıb.

Dahi bəstəkarla bağlı iki xatirəni təqdim edirik:

Karlar

Günlərin birində Dağıstandan vilayət partiya komitəsinin katibi Bakıya, Üzeyir bəyin evinə qonaq gəlir. Söhbət əsnasında qonaq xahiş edir ki, onu Müslüm Maqomayevlə tanış etsin.

Üzeyir bəy məmnuniyyətlə:

- Bu dəqiqə zəng vuraram, ona desinlər ki, tez bizə gəlsin. Şəxsən özü ilə telefonla danışmaq günü-gündən mümkünsüz olur. Qulağı ağır eşidir axı. Lap kar olub e. Xahiş edirəm onunla çox ucadan danışasınız. Yoxsa eşitmir və təkrar soruşmağa da utanır. Çox utancaqdır.

Otaqdan çıxıb Müslüm Maqomayevə zəng vurur. Deyir ki, Dağıstanın katibi bizdədi. Səninlə tanış olmaq istəyir. Tez gəl. Amma... amma bərkdən danış. Lap ucadan. Bədbəxt oğlu kar imiş. Eşitməyəndə də təkrar soruşmağa utanır. Nəzərə al.

Müslüm Mamqomayev gəlir. Qonaqla qucaqlaşıb öpüşürlər, qışqıra-qışqıra hal-əhval tutduqdan sonra qışqıra-qışqıra söhbətə başlayırlar. Çay gətirən Məleykə xanım evi bürüyən çığırtı-bağırtıdan, padnos əlində, yerində donub qalır. Üzeyir bəy isə kresloya yıxılıb gülməkdən uğunur. Az sonra qonaqlar da başa düşürlər ki, bu, Üzeyir bəyin növbəti zarafatlarından imiş.

Bəxtimiz gətirib

Üzeyir bəy heç vaxt tək yemək yeməzdi. Bu xasiyyətini hamı bilirdi. Mütləq kimi isə dəvət edirdi. Bir gün günorta zəng vurur Səid Rüstəmova. Onu evə, nahara dəvət edir. Səid and-aman eləyir ki, Üzeyir bəy, məni məzur tutun, bu dəqiqə yaxşı nahar edib durmuşam. Üzeyir bəy israr edincə Səid söhbəti uzatmır. Gəlir. İxtilat edirlər və Üzeyir bəy də yeməyini yeyir. Söhbətə başı qarışan Səid bir boşqab şorbanı içir. Sonra ikincini içir. Söhbətin şirin yerində girişir tabakaya. Bu vaxt Üzeyir bəy Məleykə xanımı səsləyir. O içəri girib:

- Bəli, Üzeyir bəy, - deyir.

- Ay Məleykə xanım, necə şanslı insanlarıq, bəxtimiz gətirib ki, Səid yeyib gəlib, - deyir.

Tarix
2016.06.16 / 11:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla