Yuxarı

Azərbaycanla Rusiya 170 sənəd imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 15-də Moskvada Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkələrimiz üçün yaratdığı tranzit imkanları və dəhlizin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan və Rusiya arasında 50-dən çoxu iqtisadi sahədə olmaqla 170-dən çox sənəd imzalanıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox birbaşa investisiya qoyub. İndiyədək 15 iclası keçirilmiş Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir.

Şahin Mustafayev kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına da ixrac edilir. Hökumətlərarası Komissiya çərçivəsində kənd təsərrüfatı üzrə İşçi Qrupu fəaliyyət göstərir.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.

Aleksey Ulyukayev isə əməkdaşlığın genişlənməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Görüşdə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun bu ilin dekabrında Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tarix
2016.06.17 / 12:02
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla