Yuxarı

Azərbaycanda 200 ildən sonra bir ilk – Kəşf

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 200 ildən sonra bir ilk – Kəşf

BDU alimlərinin "Spider effekti" dünyanın tanınmış kimyaçıları tərəfindən qəbul edilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Axar.az-a bildiriblər ki, ABŞ-ın akademik nəşrlər üzrə ixtisaslaşmış "Uayli" (Wiley) nəşriyyatında ingilis dilində 25 bölmə və 465 səhifədən ibarət "Yeni birləşmələrin sintezi və dizaynında qeyri-kovalent qarşılıqlı təsirlər" monoqrafiyası çap olunub.

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun rəhbərliyi ilə nəşr edilən kitabda kimyanın yeni sahəsi olan qeyri-kovalent yeni tipli rabitələrin maddələrin sintezində və kristal qəfəsin formalaşmasında (molekulyar quruluşun dizaynında) əhəmiyyətli rolu müəyyən edilib. Bu elmi yenilik alimlərimiz tərəfindən ilk dəfə olaraq "hörümçək effekti" (spider) adı ilə elmi ədəbiyyata daxil edilib.

Dünyanın 17 ölkəsindən (İspaniya, İtaliya, Portuqaliya, Almaniya, ABŞ, Yaponiya və s.) təklif olunan bu elmi yeniliyi təsdiqləyən tanınmış alimlərin elmi tədqiqat işləri də həmin kitabda yer alıb.

Qeyd edək ki, 1807-ci ildən fəaliyyət göstərən, indiyədək 350-dən artıq Nobel mükafatçısının kitabını çap edən "Uayli" nəşriyyatında 200 il ərzində ilk dəfədir ki, azərbaycanlı alimlərin kitabı çap olunur.

Tarix
2016.06.21 / 16:55
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla