Yuxarı

Güləşçilərimiz medallar qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçilərimiz medallar qazandı

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə gənclər arasında Avropa çempionatına start verilib.

Axar.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri Azər Nəsibli (50 kq), Mikayıl Rəhmanov (60 kq), Mehrac Kərimov (74 kq) və Soslan Fanziyev (96 kq) mübarizəyə qoşulub.

Xalça üzərinə ilk olaraq Azər Nəsibli çıxıb. Mübarizəyə 1/4 final mərhələsindən qoşulan pəhləvanımız macar rəqibi Csaba Horvath, yarımfinalda isə belaruslu Artsem Belausau üzərində tam üstünlüklə qələbə qazanaraq adını finala yazdırıb. Finalda güləşçimiz Gürcüstan təmsilçisi Nugzari Tsurtsumianı ilə qarşılaşıb və 8-10 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medalını qazanıb.

60 kq. çəkidə mübarizə aparan Mikayıl Rəhmanov isə ilk olaraq Almaniya güləşçisi Etienne Kinsingeri, daha sonra Rumıniya təmsilçisi Aleksandru Solomonu mübarizədən kənarlaşdırıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, yarımfinalda bolqarı rəqibi Nestar Nedkovu 7:1 hesabı ilə məğlub edib və finala çıxıb. Həlledici görüşdə pəhləvanımız Gürcüstan təmsilçisi Levani Kavjaradze ilə qarşılaşıb və 10:2 hesabı ilə tam qələbə qazanaraq Avropa çempionatının qızıl medalçısı olub.

Digər pəhləvanlarımız Mehrac Kərimov və Soslan Fərziyev mübarizəni 1/16 finalda dayandırıb.

Komanda böyük məşqçisi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparır.

Tarix
2016.06.22 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla