Yuxarı

"Anamı ağladanları əfv etməyəcəyəm"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Anamı ağladanları əfv etməyəcəyəm"

Futbolda qazanmaq da, məğlub olmaq da var. Amma insanların ailələri daha önəmlidir.

ANS-in məlumatına görə, bunu ötən gün Çexiya ilə qarşılaşmada qələbə qazanan Türkiyə millisinin kapitanı Arda Turan oyundan sonra deyib.

Turan xoşbəxt olduqlarını, amma heç kimdən incimədiklərini də deyib. "İnşallah son 16-ya qalarıq".

O, futbola görə kefinin heç pozulmadığını da qeyd edib. "Bu ölkədə 90 matç oynamışam. 5 pis oyunumu göstərənə bütün sərvətimi verə bilərəm. İnsanları anlamaq bəzən çox çətindir. Mənim üçün problem yoxdur, amma anam ağlamasaydı, daha yaxşı olardı. Bunu bağışlamayacağam".

Türk futbolçu komandasının gücündən də danışıb. O, Türkiyə millisinin dünyanın bütün komandalarını məğlub etmək gücündə olduğunu deyib. A.Turan pis oyundan sonra tənqidləri qəbul etməyə hazır olduqlarını desə də, pulgir olmaları iddialarının qəbuledilməz olduğunu vurğulayıb.

"İnsanlar idmanla məşğul olur. Ailələrinə söz deməyə heç kimin haqqı yoxdur. Ölkəmiz, formamız, qürurumuz üçün mübarizə aparırıq. Bizə yaraşanı etdik. Anamı kifayət qədər çox ağlatdılar. Bunun hesabını hər kəs tək-tək verəcək".

Qeyd edək ki, Türkiyə milli komandası Çexiya yığmasını 2:0 hesabı ilə məğlub edib. Burak Yılmaz 10-cu dəqiqədə hesabı açaraq Türkiyənin şansını bir qədər artırıb. Ozan Tufan 65-ci dəqiqədə top fərqini ikiyə çatdırıb.

Tarix
2016.06.22 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla