Yuxarı

Biznesmenin qatili Emil bu hala salındı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biznesmenin qatili Emil bu hala salındı - Video

Sankt-Peterburqda azərbaycanlı iş adamı Maarif İsmayılovu qətlə yetirən qatilin döyüldükdən sonrakı halını əks etdirən video yayılıb.

Axar.az ANS-ə istinadla xəbər verir ki, fiziki təzyiqlərə məruz qalan da əslən azərbaycanlı olan Emil Hüseynovdur.

Şahidlərin dediyinə görə, Sofiyski tərəvəz bazasında baş vermiş hadisə zamanı E.Hüseynov 43 yaşlı iş adamı Maarif İsmayılovu güllələyib. Biznesmen aldığı 6 güllə yarası nəticəsində dünyasını dəyişib.

Atəş açandan sonra dərhal qaçmağa çalışan Emil Hüseynov hadisə yerindən 500 metr uzaqlaşmamış insanlar onu yaxalaya bilib. 27 yaşlı Emil bundan sonra kütlə tərəfindən döyülüb.

Naməlum şəxslər ona zərbələr endirdikcə "Kim sifariş edib?" və bu kimi başqa suallar veriblər. Onu əsəbi kütlənin əlindən birtəhər alaraq xəstəxanaya yerləşdirmək mümkün olub.

E.Hüseynov xəstəxanaya kəllə-beyin travması ilə yerləşdirilib. Üz və burun nahiyələrində sınıqların da olduğu deyilib. Özünə gəldikdən sonra Emil qətli törətmək üçün 10 milyon rus rublu aldığını etiraf edib.

Diqqət! Videoda qeyri-normativ leksika istifadə olunub və zorakılıq var.

Tarix
2016.06.22 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla