Yuxarı

Sərkisyanla müdafiə naziri arasında ciddi qalmaqal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyanla müdafiə naziri arasında ciddi qalmaqal

Ermənistanda Prezident Serj Sərkisyanla Müdafiə naziri Seyran Ohanyan arasında ciddi narazılıq yaranıb.

APA-nın məlumatına görə, "Joxovurd" qəzeti Ermənistan Silahlı Qüvvələrində yüksək vəzifəli şəxslərin işdən çıxarılması və korrupsiya faktları ilə bağlı prezidentlə nazir arasında gərgin söhbət olduğunu yazıb.

S.Sərkisyan son hadisələrlə bağlı S.Ohanyana bildirib ki, sadəcə, Azərbaycanla müharibə amilini nəzərə aldığı üçün hələlik onu vəzifədən azad etməyi lazım bilmir.

"Lakin prezident bildirib ki, Ohanyan yaranmış vəziyyətlə əlaqədar reputasiyasını təmizləməlidir. O, istefasının Azərbaycanın əlində təbliğat vasitəsi olmaması üçün hələlik vəzifəsində qalacaq. Ohanyan isə yaxın ətrafına bildirib ki, istefa vermək niyyətində deyil. Pis işləyirsə, qoy, prezident onu vəzifəsindən azad etsin", - qəzet yazıb.

Qeyd edək ki, ki, Azərbaycanla Ermənistan arasında aprel ayında təmas xəttində baş verən gərginlikdən sonra Ermənistan Prezidenti S.Sərkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, Rabitə Qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan işdən çıxarılıb.

Bu ilin mayında isə Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinin rəisi, general Mels Çilinqaryan, polkovniklər Armen Markaryan və Mger Papyan Ermənistan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsinin açdığı cinayət işləri çərçivəsində saxlanılıblar.

Həmin cinayət işləri keyfiyyətsiz malların alınması, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı faktlar əsasında qaldırılıb. İlkin məlumata görə, bəzi məhsullar baha qiymətə alınıb.

Bundan başqa, İrəvanın Maştots rayonunun hərbi komissarlığının şöbə rəisi, polkovnik-leytenant Şant Avetisyan 5 min dollar rüşvət alarkən saxlanılıb.

Tarix
2016.06.22 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla