Yuxarı

Putindən Sərkisyana iki mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən Sərkisyana iki mesaj

Putin Sankt-Peterburqda Serj Sərkisyana iki mesaj göndərdi.

Publika.az xəbər verir ki, bu barədə erməni analitik Aykazn Qaqriyan "Lragir" saytında dərc olunan məqaləsində yazıb.

1. Rusiya və Ermənistan strateji müttəfiq deyil.

"Aprel hadisələrindən sonra və Vyana görüşündə Rusiyanın siyasəti uğursuzluğa düçar oldu. Qərb yeni nizama salma sxemi təklif etdi ki, bu da Rusiyanın vasitəçiliyini şübhə altına aldı. Vyanadan sonra Rusiya öz siyasətini xilas etmək üçün Ermənistanla arasına böyük məsafə yaratdı. Bu erməni-rus ittifaqının dağılmasıdır. Putin və Sərkisyan Sankt-Peterburqda keçirilən görüşdə danışıqlar zamanı bunu sübut etdilər. Müttəfiq liderlər tamamilə ayrı-ayrı məsələdən danışırdı", - erməni analitik yazır.

2. Rusiya Ermənistana aqrar əlavəsi kimi baxır.

A.Qaqriyan qeyd edib ki, Rusiya Ermənistana öz məhsullarını satdığı bazar kimi baxır:

"Sankt-Peterburqda söhbətin gedişində Rusiya prezidenti Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalını artırması haqda danışırdı. Sərkisyan dedi ki, Sankt-Peterburqa bunun üçün gəlməyib. Lakin görüş Qarabağa həsr olunsa da, Putin məhz bu haqda danışırdı. Bu onun Ermənistana ikinci mesajı idi. Yəni Rusiya Ermənistana öz bazarı kimi baxır".

Erməni analitik qeyd edir ki, bu Rusiya-Ermənistan müttəfiqliyinin gerçək üzü idi və belə yanaşma Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyinə sirayət edir.

Tarix
2016.06.22 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla