Yuxarı

Gömrük işçilərini aldatmaq istədi, amma…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük işçilərini aldatmaq istədi, amma…

Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, həmin vətəndaş baqajında bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilərkən çantasında 4 ədəd mobil telefonun olduğunu bildirib. Yoxlama zamanı vətəndaşın çantasının içərisindən şifahi şəkildə bəyan etdiyi 1 ədəd "Samsunq Qalaksi A3", 1 ədəd "Samsunq Qalaksi J1", 1 ədəd "Samsunq Qalaksi J1 mini" və 1ədəd "Samsunq Qalaksi S7 edge" markalı mobil telefonlar aşkar olunub.

Lakin vətəndaşa məxsus sellofan paketin yoxlanılması zamanı isə onun içərisində, gömrük nəzarətindən gizlədilmiş 26 ədəd "Samsunq Qalaksi J7" və 4 ədəd "Samsunq Qalaksi J2" markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.06.22 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla