Yuxarı

Məmur evinin əlindən alınmasından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmur evinin əlindən alınmasından danışdı

Mənim 200 saylı MTK-nın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 60-da yerləşən binasında mənzilim olub, lakin onu bir müddət əvvəl satmışam.

Bu sözləri Axar.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mediada evi əlindən alınan 4 nəfərdən biri olması barədə rəsmi sənədlərin dərcindən danışarkən deyib.

N.Həsənov sözügedən ünvanda yaşayan sakinlərin hazırda dələduzluqla üzləşdiklərini təsdiqləyib:

"Bəli, onlar bu problemlə üzləşiblər. Lakin mənim hazırda belə bir problemim yoxdur".

Qeyd edək ki, 200 saylı MTK-nın dələduzluğu ilə üzləşən Fuad Hüseynzadə Aznyus-a açıqlamasında Dadaş Bünyadzadə-60-da yerləşən binadan mənzil aldığını və bir neçə ildir burada yaşadığını bildirib. Lakin sonradan naməlum şəxslər ortaya çıxaraq mənzilin onlara aid olduğunu bildiriblər.

F.Hüseynzadə və dələduzluqla üzləşən digər 3 ailə məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edib. 2014-cü ilin oktyabrın 3-də keçirilən ilk instansiya məhkəməsi mənzildə yaşayan ailələrin xeyrinə qərar çıxarıb. Mənzilə iddialı olan şəxslər isə qərardan apelyasiya şikayəti verib. Apelyasiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. İş Ali Məhkəməyə gedib. Ali Məhkəmə isə işi yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə qaytarıb.

Apelyasiya Məhkəməsi mənzildə yaşayan ailələrə məxsus sənədlərdəki möhürün saxta olduğunu bildirib və iddialı şəxslərin xeyrinə qərar çıxarıb. Ali Məhkəmə də sözügedən qərarı qüvvədə saxlayıb.

Tarix
2016.06.22 / 16:02
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla