Yuxarı

Tiflis Saakaşvilinin göndərdiyi oğrunu tutdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis Saakaşvilinin göndərdiyi oğrunu tutdu

Gürcüstan hüquq mühafizə orqanları Dato Svan ləqəbli qanuni oğru David Gerlianini Ermənistan-Gürcüstan sərhədini keçərkən tutublar.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər naziri Georgi Mqebrişvili keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, istintaqa mane olmamaq üçün bununla bağlı ətraflı məlumat verilməyib.

Mqebrişvilinin sözlərinə görə, aparılan intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Gerlianinin yeri müəyyənləşdirilib və qanuni oğru adını daşıdığına görə Gürcüstan-Ermənistan sərhədində tutulub. Axtarış zamanı onun üzərindən Ukrayna pasportu çıxıb.

Qeyd edək ki, iyunun 18-də Qerliani Odessada saxlanılaraq Gürcüstana deportasiya olunmuşdu. Gürcüstan qanunlarına görə, qanuni oğru adı daşımaq qadağan olunsa da, Qerliani ölkəyə gələ bilmişdi.

Tarix
2016.06.22 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla