Yuxarı

Qadının sol ayağı da kəsildi: Həkimdən nalayiq hərəkət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilən 87 yaşlı Məmmədova Tərlan Həsən qızının sol ayağı bu gün amputasiya edilib.

Axar.az xəbər verir ki, əməliyyatı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski aparıb. A.Şəmsəddinski APA-ya bildirib ki, hazırda xəstə reanimasiyadadır, vəziyyəti orta-ağırdır, kafi saymaq olar.

Azər Şəmsəddinski jurnalistlərə qarşı da kobudluq edib. ANS-in əməkdaşının verdiyi məlumata görə, A. Şəmsəddinski məlumat verməməklə yanaşı onları öz otağından qovub və qapıları jurnalistlərin üzünə bağlayıb.

Həkimi səhv edərək sağlam ayağı kəsən xəstəxana əməkdaşları jurnalistləri də asanlıqla otaqdan qova bilirlər.

Qeyd edək ki, iyunun 24-də diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib.

Tarix
2016.06.26 / 13:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla