Yuxarı

Ərdoğan: “Pulları evdən çıxar” – Şok audio

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan: “Pulları evdən çıxar” – Şok audio

Türkiyədə 17 dekabr əməliyyatı sonrası internetə sızdırılan səs qeydlərinə bu dəfə bomba kimi təsir edəcək bir qeyd də əlavə edildi. Yutuba yüklənən və Baş nazir Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu iddia edilən telefon danışığının 17 dekabr günü, yəni rüşvət əməliyyatının ilk günündə aparıldığı bildirilir.

"Axar.az"ın Türkiyə mediasına istinadən xəbərinə görə, səs yazılarında Baş nazirin oğlu Bilal Ərdoğana saxladığı pulları təcili evdən çıxararaq, lazım olan iş adamlarına verməsinin vacib olduğu bildirilir. Səs yazısında Bilal Ərdoğana aid olduğu iddia edilən səsin son olaraq 30 milyon avro qaldığını və onu da aparacağını söylədiyi eşidilir.

Səslər montajmı?

Video internetə yüklənən kimi sosial mediada da müzakirələr başlayıb. Bir çox jurnalist bu səs yazısının montaj olduğunu bildirir. Şübhə yaradan başqa bir nüans isə mediaya sızdırılan səs yazısının polis qeydlərini yayması ilə məşhurlaşan "Haramzadələr" adlı bir internet ünvanından deyil, bilinməyən bir ünvandan Yutuba yüklənməsidir. Bundan əlavə, Ərdoğanın çox batıq səslə danışması və Bilal Ərdoğanın səsində yaranan qırıqlar, aralarda yaranan boşluqlar da səs yazısının montaj olması şübhələrini artır…

Səs yazısı ilə bağlı hökumətdən açıqlama

Yayılan səs yazısı ilə bağlı Türkiyə hökuməti açıqlama verib. Açıqlamada səs yazısının reallığı əks etdirmədiyi və bunun əxlaqsızca edilmiş montaj olduğu bildirilir.

Daha sonra açıqlamada bu çirkli oyunu quranların qanun qarşısında cavab verəcəyi deyilir.

Tarix
2014.02.25 / 02:05
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla