Yuxarı

Yol terroru: 5 nəfər öldü - 3 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycanın avtomobil yollarında baş verən ol qəzalarında 5 nəfər dünyasını dəyişib.

Axar.az xəbər verir ki, Sumqayıt şəhərində Ramil Tahirovun idarə etdiyi şəxsi "Hyunday" və Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi "İsuzu" markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Ağsu rayonunun Yenilik kəndində Rusiya Federasiyası vətəndaşı Dmitri Pavlov idarə etdiyi "Hyunday" markalı avtomobili qarşıda gedən rayon sakini Mehman Cavadovun idarə etdiyi "T-40" markalı traktora vurub, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb Göyçay rayon sakini İntiqam Bəkirovun idarə etdiyi "Mersedes" markalı avtomobillə toqquşub. Nəticədə D.Pavlovun sərnişinlərindən həmyerlisi Aleksandra Liçkina hadisə yerində ölüb, digər həmyerlisi xəstəxanaya yerləşdirilib.

Lənkəran rayonunun Digah kəndində rayon sakini Samid Ağayev idarə etdiyi VAZ-21074 markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Qurban Abbasovu vurub və o, hadisə yerində ölüb.

Sabirabad rayonunun Qaragüney kəndində rayon sakini Miraləm Abdullayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə yolu keçən kənd sakini Məhərrəm Hüseynovu vurub və o, hadisə yerində ölüb.

Tarix
2016.06.27 / 13:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla