Yuxarı

“Dedim, Ərdoğan üzr istəsin, ata-anamı....”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu məsələlər məni artıq qətiyyən maraqlandırmır. Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurarkən, mən bu iki dövlət arasında münasibətlərin düzəldilməsi üçün sözümü dedim. Ancaq mənim dədəm-nənəm qalmadı, Azərbaycanda məni söyməyən yalançı vətənşüvən qalmadı. Hətta mənə Rusiyanın agenti, vətən xaini belə dedilər.

Bunu Teleqraf.com-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi üzrxahlıq məktubu barədə danışarkən deyib.

Millət vəkili bildirib ki, artıq bu məsələlər onu ilgiləndirmir: "Rusiya bilər, Türkiyə bilər. Zəhmət çəkib, öz işləri ilə məşğul olsunlar".

Aqil Abbas son hadisələrin Azərbaycana təsiri haqda suala da cavab verib:

"Azərbaycanın öz siyasəti var, özünün müdrik prezidenti var, özünün mənafeyi və marağı var. Məni Azərbaycanın mənafeyi maraqlandırır. Əlbəttə, Türkiyəni sevirəm, onun üçün canımı verərəm. Qırıcının vurulması isə daha çox Türkiyənin və Rusiyanın cumhurbaşqanı arasında olan işdir. Özləri bilər. Ancaq onu qeyd edə bilərəm ki, bu iki ölkə arasında münasibətlərdə yumşalma varsa, burada Azərbaycan prezidentinin rolu da var".

Tarix
2016.06.28 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla